Yüksək keyfiyyətli buğdanın alınmasına dair elan verilib
03 avqust 2009 10:30 (UTC +04:00)

Yüksək keyfiyyətli buğdanın alınmasına dair elan verilib

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunan yüksək keyfiyyətli buğdanın alınması barədə elan verib.

Fonddan APA-ya daxil olan məlumata görə, “Dəvəçi-Dəyirman” MMC, Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, “Araz ASC”, “Aveta”, “Tovuz-Baltiya LTD” və “Neon” firması müəssisələri vasitəsilə bu il avqustun 5-dən sentyabrın 30-a kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 180 AZN olmaqla, aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək.

1. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün - 750/l-dən az olmamaqla

2. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün - 2 faizdən çox olmamaqla

3. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

4. Nəmlik (faizlə) – bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

5. Yapışqanlıq – 3-cü sinif buğda üçün - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti - 2-ci qrupdan aşağı olmamaqla

6. Şüşəvarilik
1-ci və 2-ci sinif buğdalar üçün - 60 faizdən az olmamaqla
3-cü və 4-cü sinif buğdalar üçün - məhdudlaşdırılmır

7. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad - yol verilmir

8. Sürmə ilə sirayətlənmiş dənlər - yol verilmir

9. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün - yol verilmir

10. Digər əlamətlər bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir

Bildirilir ki, bu keyfiyyətə cavab verməyən məhsul qəbul edilməyəcək.

Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları isə bunlardır:

“Dəvəçi-Dəyirman MMC” Dəvəçi şəhəri (055) 760-35-05; (0-50) 382-35-84
Karat Holdinq: Xırdalan şəhəri (050) 223-18-97
FATOĞLU: Gəncə şəhəri 022-5-69-44-44; 012-418-45-38, (0-50) 222-08-20
N. Quliyev adına Bakı-Taxıl: Dərnəgül qəsəbəsi 012-567-00-76; 566-21-72
“Araz ASC” Zığ şossesi 27 (050) 502-29-08; 012-479-10-29, faks: 473-90-00
“Aveta”: Kürdəmir şəhəri (050) 200-11-97
“Tovuz-Baltiya”: Tovuz İbrahimov Hacılı kəndi (050) 527-80-95
“Neon” firması : Gəncə şəhəri (050) 220-30-27
# 732

Oxşar yazılar

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

8 dekabr 2022 , 16:05
Dünyanın  ən zəngin   5 ailəsi

Dünyanın ən zəngin 5 ailəsi

8 dekabr 2022 , 12:41
® Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

®Unibank biznes sahibləri üçün qış kampaniyası keçirir

8 dekabr 2022 , 11:55
® Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

®Kapital Bank Sabirabadda keçirilən sosial layihəyə qoşulub

8 dekabr 2022 , 10:42
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan®

7 dekabr 2022 , 12:42
Dünyanın ən çox  qızıl ehtiyatı   olan ölkələri - SİYAHI

Dünyanın ən çox qızıl ehtiyatı olan ölkələri - SİYAHI

6 dekabr 2022 , 19:12
Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

Quba sakinlərindən "Azəriqaz"a MÜRACİƏT

6 dekabr 2022 , 17:13
"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

"Kapital Bank"ın Baş direktoru: "2020-2023-də əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq idi" ®

6 dekabr 2022 , 12:08