Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun evində qonaq oldu - FOTOLENT
19 sentyabr 2026 14:49 (UTC +04:00)

Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun evində qonaq oldu - FOTOLENT

0

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astaranın Əzərud kəndində Milli Qəhrəman Pəncəli Teymurovun ailəsində qonaq olub.

Lent.az xəbər verir ki, bu barədə Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, Anar Ələkbərov Milli Qəhrəmanın qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib.

Prezidentin köməkçisi təfərrüatlarını belə bölüşüb:

“Bəzi ünvanlar var ki, ora hər gəlişində təsviredilməz hisslər keçirirsən. Bir daha Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə ananın qonağı olduq. Belə qəhrəmanlar yetişdirən  analara hörmət edirik! Allah bütün şəhidlərimizin ruhuna rəhmət eləsin. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Hər dəfə ziyarət etdiyiniz zaman sözlə təsvir etmək mümkün olmayan hisslər keçirdiyiniz yerlər var. 

Var olsun, belə qəhrəmanlar yetişdirən, analar! Allah bütün șəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.



















 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar