Yolu bağlayan sürücüləri 3 il həbs gözləyir
0
0
“Azəryolservis” ASC-nin sədr müavini: “Hamı başa düşməlidir ki, bu cür mitinqlərlə dövlətin qərarını dəyişmək olmaz”
“Hər bir nəqliyyat vasitəsinin texniki imkanına görə yük daşımaq qabiliyyəti var. Amma biz standart normadan artıq yük daşıyan avtomobillərin sürücülərinə qarşı sərt tədbirlərin tərəfdarı deyilik. Bununla belə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, ağır tonnajlı yük avtomobillərinin respublika əhəmiyyətli yollarda hərəkətinə nəzarət gücləndiriləcək”.
Lent.az-ın məlumatına görə, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hüseynov sürücülərin yoxlamalara qarşı keçirdikləri etiraz aksiyalarına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, bəzi sürücülər Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş normalara qarşı çıxaraq etiraz aksiyaları keçirir.
“Sürücülər mitinq keçirəcəkləri, yolları bağlayacaqlarını deyirlər. Amma hamı başa düşməlidir ki, bu cür mitinqlərlə dövlətin qərarını dəyişmək olmaz. Heç kəs dövlətin qərarının əleyhinə gedə bilməz və hamı bu qaydalara əməl etməlidir” – deyə, “Azəryolservis” ASC-nin nümayəndəsi bildirib.
O həmçinin qeyd edib ki, respublika əhəmiyyətli yolların bağlanmasına səbəb ola biləcək hadisələrin iştirakçısı buna görə cinayət məsuliyyəti daşıyır. Məcəlləyə uyğun olaraq, nəqliyyat vasitələrinin hərəkətinin dayandırılmasında iştirakçılıq 3 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
“Ona görə də heç bir sürücü yolu bağlamaq haqqında düşünməsin. Heç bir halda buna yol verilməyəcək və dövlətin qərarı istənilən halda icra olunacaq. Sadəcə sürücülər bu normalara əməl etməklə özlərinin də, bizim də işimizi yüngülləşdirərlər” - Vaqif Hüseynov belə deyib.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05