İqdırdan Naxçıvana qaz kəməri çəkiləcək
11 avqust 2009 14:00 (UTC +04:00)

İqdırdan Naxçıvana qaz kəməri çəkiləcək

Gələn ay yaradılacaq işçi qrup yeni qaz kəmərinin texniki aspektləri ilə məşğul olacaq

Naxçıvan Muxtar Respublikasına Türkiyənin İqdır vilayətindən yeni qaz kəməri çəkiləcək. Bu kəmər İrandan Naxçıvana gələn qaz kəmərinə paralel alternativ kəmər olacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) Lent.az-a bildiriblər ki, avqustun 8-də Rövnəq Abdullayevin Naxçıvanda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yılmazla görüşü müsbət sonluqla başa çatıb. Belə ki, tərəflər Türkiyə üzərindən (İqdırdan) Naxçıvana qaz kəmərinin çəkilməsinə dair ilkin razılıq əldə ediblər. Razılığa əsasən, sentyabr ayında bu məsələ ilə bağlı hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu yaradılacaq və həmin qrup Türkiyə üzərindən Naxçıvana qaz kəməri çəkilməsinin texniki aspektləri ilə məşğul olacaqdır.

Xatırladaq ki, bu kəmərlə İqdıra il ərzində yarım milyard kubmetr qaz nəql ediləcək. Layihənin texniki, kommersiya və hüquqi məsələləri ilə Türkiyənin “Botaş” şirkəti və ARDNŞ məşğul olacaq. Sentyabr ayında bu şirkətlərin ekspertləri Ankarada görüşəcəklər.

Elxan SALAHOV
# 527

Oxşar yazılar