Neft satıb, ərzaq və dərman alırıq
0
0
7 ayda Azərbaycandan xarici ölkələrə 7,1 milyard dollarlıq mal göndərilib, xaricdən 3,2 milyard dollarlıq məhsul alınıb
2009-cu ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 23330,8 min ton yük daşınmışdır. Bu isə ötən ilin müvafiq dövrü ərzində daşınmış yüklərin 33,22 faizi deməkdir.
Dövlət Gömrük Komitəsindən Lent.az-a bildiriblər ki, ötən 7 ay ərzində tranzit olaraq Azərbaycan ərazisindən 3624,6 min ton yük keçirilib. Bu yüklər əsasən İsveçrə, İtaliya, Bermud adaları, Gürcüstan, Türkmənistan, Tacikistan, İran, Rusiya və Türkiyəyə göndərilib. Azərbaycandan göndərilən yüklərin həcminə görə, birinci yeri İsveçrə (1263,5 min ton), ikinci yeri İtaliya (765,1 min ton), üçüncü yeri isə Bermud adaları (497,9 min ton) tutur. Qonşu Türkiyə bu sırada Rusiya, Gürcüstan, İran, Tacikistan və Türkmənistandan geridə qalır.
Komitədən bildiriblər ki, ötən 7 ay ərzində Azərbaycan ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 280,6 min ton azalıb. İlin ilk 7 ayı ərzində ixrac əməliyyatlarının həcminin yüksək həddi iyulda, aşağı həddi yanvarda qeydə alınıb. İdxal əməliyyatlarının həcminin yüksək həddi isə iyulda, aşağı həddi mart ayında olub. İyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 109454,6 min dollar həcmində artıb. İxrac əməliyyatlarında orta aylıq artım 105911,4 min dollar, idxal əməliyyatlarında isə 231,9 min dollar olub.
Bütövlükdə, bu ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dolları keçib. Bu müddətdə ölkəmizdən xaricə 7,1 milyard dollarlıq mal göndərilib. Xaricdən isə gətirilən məhsulların ümumi dəyəri 3,2 milyard dollar olub. Azərbaycandan xaricə göndərilən məhsullar arasında ilk yerləri xam neft (79,68 faiz), neft məhsulları (12,45 faiz), meyvə-tərəvəz (1,01 faiz), bitki və heyvan mənşəli yağlar (0,98 faiz) tutur.
Xaricdən isə Azərbaycana gətirilən məhsullar arasında maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (33,05 faiz), nəqliyyat vasitələri və onların hissələri (13,23 faiz), ərzaq məhsulları (12,74 faiz), əczaçılıq məhsulları (2,61 faiz) üstünlük təşkil edir.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu Beynəlxalq Xeyriyyəçilik Gününü xüsusi aksiya ilə qeyd edir
5 sentyabr 2025 , 12:05
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
4 sentyabr 2025 , 19:40
Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05