® ABB Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başladı
17 iyun 2022 13:22 (UTC +04:00)

®ABB Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığa başladı

İyunun 17-də ABB ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov imza atıb.

Bu əməkdaşlıq tələbə və məzunlara təcrübə, karyera imkanlarının yaradılması, müəyyən elmi layihələrdə iştirak, ABB İnnovasiya Mərkəzi vasitəsilə tələbə startaplarının dəstəklənməsi və s. bu kimi istiqamətləri əhatə edəcək.  

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, ABB cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır. Təhsil müəssisələri ilə əlaqələr bu baxımdan Bank üçün böyük əhəmiyyət daşıyır: “İstedadlı gənclərimizin çoxu ali məktəblərimizdə yetişir. Biz də bu cür əməkdaşlıqlarla gənclərimiz üçün yeni imkanlar yaradırıq. ABB indiyə qədər bu istiqamətdə bir sıra uğurlu addımlar atıb. ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi kimi layihələrimiz bizə istedadlı gəncləri cəlb etməyə, onların yaradıcı potensialını üzə çıxarmağa imkan verir. Bakı Ali Neft Məktəbi ilə çoxşaxəli əməkdaşlığımız da, inanırıq ki, hər cəhətdən faydalı olacaq”.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu təhsil müəssisəsinin bir çox biznes qurumları ilə əlaqələri inkişaf etdirdiyini bildirib: “Bütün bunlar tələbələrimiz qarşısında geniş imkanlar açır. Eyni zamanda elm, təhsil və biznes arasında faydalı inteqrasiya yaradır. Regionun aparıcı banklarından olan ABB ilə işbirliyi də bizim üçün çox önəmlidir. Bu əməkdaşlıq tələbələrimizin gələcək karyerasında mühüm rol oynayacaq. Bir çox uğurlu layihələrimizə dəstək olacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

# 1920
avatar

Oxşar yazılar