ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən  medalla qayıtdı
20 aprel 2026 15:32 (UTC +04:00)

ABB-nin dəstək verdiyi uşaq futbol komandamız Madriddən medalla qayıtdı

0

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib. Burada 17 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə üçüncü dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası Gold liqasında yarımfinala yüksələrək Meksika komandası ilə 2:2 hesabı ilə oyunu bitirib. Komandamız penaltı zərbələrində məğlub olaraq növbəti oyunda Kanada komandasına 3:1 hesabı ilə qalib gəlib. Beləliklə, turnirdə 30 komanda arasında 3-cü yeri tutmaqla bürünc medal qazanıb.

Baş məşqçi Rövşən Babayevin rəhbərliyi ilə turnirdə bu uşaq futbolçular iştirak ediblər: Bavver Ayaz Bakir, Aylin Hüseynova, Sara Məmmədova, Əli Kərimzadə, Naim Məmmədov, Cavad Əliyev, Camal Hüseynbəyli, Mikayıl Səmədov, İslam Xanbabazadə, Ərtoğrul Nadir, Rauf Rəhimov, Həsən Xəlilov, Cahangir İman, İsmayıl Sadiq.

Turnir çərçivəsində Azərbaycan komandasının üzvləri məşhur futbol ulduzu Roberto Karlosla da görüşüblər.

Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2025-ci ilin iyununda bu proqram ölkəmizdə də üçüncü dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2026-ci ilin 22-26 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar