“Açıq mikrofon” Qubada -FOTO
29 sentyabr 2022 18:27 (UTC +04:00)

“Açıq mikrofon” Qubada -FOTO

“Səyyar qəbul otağı”nın Qubada baş tutan aksiyasında ümumilikdə 19 müraciət ünvanlanıb. 

Lent.az xəbər verir ki, bunlardan 8-i kəndilərin qazlaşdırılmasını özündə əks etdirib. Abonentlərdən Cəlal Məmmədov qaz xəttinin yerinin dəyişdirilməsini, Nazim Məmmədov isə fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli)  qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Aksiyada ünvanlanan müraciətlər Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. 

Bəzi problemlərin araşdırılmasına qərar verilib.

 

# 1500
avatar

Oxşar yazılar