“Azərsun Holdinq” “Təmiz Dünya” İctimai Birliyinə dəstək verəcək
10 mart 2026 10:02 (UTC +04:00)

“Azərsun Holdinq” “Təmiz Dünya” İctimai Birliyinə dəstək verəcək

0

 “Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Təmiz dünya” İctimai Birliyinə məhsul təminatı dəstəyi verəcək.

Əməkdaşlıq çərçivəsində adıçəkilən şirkətlər qrupu  həssas qrupa aid şəxslərin yaşadığı “Mehriban” qadın və uşaq sığınacağın zəruri ehtiyaclarını təmin etməklə bərabər müxtəlif sosial layihələr də icra edəcək.

“Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır.

Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar