“Azərsun Holdinq” tərəfindən ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Lent.az xəbər verir ki, tədbirlər çərçivəsində holdinq rəhbərliyi və kollektivi müstəqil Azərbaycan dövlətçiliyinin banisi, Heydər Əliyevin məzarını ziyarət edib. Şirkətlər qrupunun Müşahidə Şurasının sədri Abdulvari Gözal və kollektivi ümummilli liderin məzarı önünə gül dəstəsi qoyub. Ziyarət zamanı görkəmli oftalmoloq alim Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

"Azərsun Holdinq" ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
0
0
0
0