"Bakcell"dən “iPhone” istifadəçilərinə xəbər!
28 mart 2023 19:02 (UTC +04:00)

"Bakcell"dən “iPhone” istifadəçilərinə xəbər!

5G şəbəkəsi indi “iPhone” smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir.

“iPhone” istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.

5G şəbəkəsinə qoşulan “iPhone” istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.

Qeyd edək ki, “Bakcell” Azərbaycanda “eSIM” və “VoLTE” texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır.

“Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

# 1293
avatar

Oxşar yazılar