Məşhur aktrisa 60 yaşını  dənizdə   çılpaq üzərək  qeyd etdi
08 sentyabr 2026 19:08 (UTC +04:00)

Məşhur aktrisa 60 yaşını dənizdə çılpaq üzərək qeyd etdi

0

Məşhur aktrisa, rejissor və prodüsser Salma Hayek 60 yaşını qeyri-adi şəkildə qeyd edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa çimərlik geyimi olmadan dənizə girib və həmin anları əks etdirən fotoları “Instagram” hesabında paylaşıb.

Fotolardan birində Hayek suda uzanaraq gülümsəyib, digərində isə kameraya dönük halda dənizə daxil olub.

“60 və minnətdaram”, – aktrisa paylaşımına yazıb.

Hayekin paylaşımı izləyicilərinin və məşhur dostlarının böyük marağına səbəb olub. Onu təbrik edənlər arasında Ell Fanninq, Marion Kotiyar, Lindsi Lohan və Olya Polyakova da yer alıb.

Aktrisanın 60 illik yubileyi başqa bir əlamətdar hadisəyə də təsadüf edib. Salma Hayek bu yaxınlarda ilk dəfə nənə olub. Onun ögey oğlu Fransua Pinonun oğlu dünyaya gəlib.  Hayek artıq nəvəsi ilə görüşüb və zarafatla onu “Pançito” adlandıracağını bildirib.

Сальма Хайек / © Instagram Сальмы Хайек

Сальма Хайек / © Instagram Сальмы Хайек \\\\\\\\\\\  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar