Gəncə prospektində transformator   yandı
08 sentyabr 2026 22:07 (UTC +04:00)

Gəncə prospektində transformator yandı

0

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar