Avtomobil istehsalçılarından elektrikli avtomobillər üçün  yeni həll
09 sentyabr 2026 04:59 (UTC +04:00)

Avtomobil istehsalçılarından elektrikli avtomobillər üçün yeni həll

0

“Hyundai”, “Ford” və Stellantis kimi avtomobil istehsalçıları tam elektrikli avtomobillərə alternativ olaraq genişləndirilmiş yürüş məsafəli elektrik avtomobillərinə (EREV) investisiyaları artırırlar.

Lent.az xəbər verir ki, bu avtomobillərdə təkərləri yalnız elektrik mühərrikləri hərəkətə gətirir, benzin mühərriki isə batareyanı dolduran generator rolunu oynayır.

Beləliklə, avtomobil gündəlik istifadədə elektriklə hərəkət edir, uzun məsafələrdə isə batareyanın enerjisi azaldıqda benzin mühərriki işə düşərək elektrik enerjisi istehsal edir. Klassik hibridlərdən fərqli olaraq, benzin mühərriki birbaşa təkərlərə qoşulmur.

“Stellantis”in “Jeep Grand Wagoneer” və “Ram 1500 REV” modellərində bu texnologiyadan istifadə etməsi planlaşdırılır.

“Ram 1500 REV”in tam batareya və yanacaqla 690 milə, yəni təxminən 1 110 kilometrə qədər məsafə qət edə biləcəyi bildirilir.

“Hyundai” isə 2027-ci ildə “Santa Fe EREV” modelini təqdim etməyə hazırlaşır və model üçün təxminən 600 mil (966 km) yürüş hədəfləyir.

Mütəxəssislər hesab edirlər ki, EREV texnologiyası xüsusilə iri SUV və pikaplar üçün əlverişlidir. Bu avtomobillər həm elektrikli nəqliyyatın üstünlüklərini, həm də uzun səfərlərdə yanacaq doldurma imkanını birləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar