Süni intellektlə hazırlanan dərman qocalmanı ləngidə bilər
09 sentyabr 2026 06:31 (UTC +04:00)

Süni intellektlə hazırlanan dərman qocalmanı ləngidə bilər

0

Süni intellektin köməyi ilə hazırlanmış rentosertib adlı dərmanın insanlarda bioloji qocalma prosesini ləngidə biləcəyinə dair ilkin nəticələr əldə olunub.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Biotechnology” jurnalında dərc edilib.

Dərman əslində ağciyərlərin çapıqlaşmasına və tənəffüs funksiyasının zəifləməsinə səbəb olan idiopatik ağciyər fibrozunun müalicəsi üçün hazırlanıb. Tədqiqat zamanı 43 xəstənin məlumatları araşdırılıb və onların bioloji yaşı altı fərqli “qocalma saatı” vasitəsilə qiymətləndirilib.

12 həftəlik müalicədən sonra rentosertib qəbul edən xəstələrdə altı göstəricinin hamısı bioloji yaşın azaldığını göstərib. Müəyyən dozada bu azalmanın bəzi ölçmələrdə 3-4 ilə, bir göstəricidə isə 6 ilə qədər olduğu bildirilib.

Alimlər bununla belə, nəticələrin hələ ilkin xarakter daşıdığını və dərmanın insan ömrünü uzatdığının sübut edilmədiyini vurğulayırlar.

Tədqiqatda iştirak edənlərin sayının az olması və onların ağciyər xəstəliyindən əziyyət çəkməsi səbəbindən nəticələrin sağlam insanlara şamil edilməsi üçün daha geniş klinik sınaqlara ehtiyac var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar