“Final” çay tatarların milli bayramına dəstək verdi
25 iyun 2024 08:42 (UTC +04:00)

“Final” çay tatarların milli bayramına dəstək verdi

Azərbaycan multikultural ölkə olduğundan burada yaşayan müxtəlif xalqların milli adət-ənənnələrinə, keçirilən mərasimlərinə hörmətlə yanaşılır, hətta yeri gəldikdə dəstək olunur. Bu kimi multikultural tədbirlərin həyata keçirilməsinə həm dövlət, həm də özəl şirkətlər maraq göstərir.

“Final” çay da multikultural dəyərləri yüksək qiymətləndirərək 23 iyun tarixində Xaçmazın Nabran qəsəbəsində baş tutan tatarların milli bayramı Sabantuyın təntənəli şəkildə qeyd edilməsinə dəstək olub. Belə ki, “Final” çayın ən maraqlı layihələrindən olan “Çaybulans” maşını tədbirin əvvəlindən, sonuna qədər gələn qonaqları çayla təmin edib. 

Sabantuy kənd təsərrüfatı ənənələrini və aqrar mədəniyyəti özündə əks etdirən, tarlalarda məhsul yığımının başa çatması münasibətilə keçirilən bayramdır. Bayramda populyar tatar mahnıları, milli folklor nümunələri ifa edilib, oyunlar təşkil olunub.

Bayram şənliyində Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ruslan Quliyev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov, Rusiyanın Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini Dəmir Natfullin və başqaları iştirak edib.

Tədbirdə “Final” çayın müşayiəti ilə Azərbaycan və tatar milli mətbəxinin fərqli təamlarının dadına baxılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260
avatar

Oxşar yazılar