983.8 min ton kartof, 1137.8 min ton tərəvəz, 530.1 min ton meyvə və giləmeyvə, 427.4 min ton bostan məhsulları, 104.3 min ton üzüm, 6.8 min ton pambıq, 474.5 ton yaşıl çay yarpağı, 2667.0 ton tütün, 34.6 min ton şəkər çuğunduru, 17.7 min ton dən üçün günəbaxan toplanıb. Bu barədə Lent. az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4.9 faiz, kartof istehsalı 3.8 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 2.6 faiz, bostan məhsulları istehsalı 0.7 faiz, üzüm istehsalı 5.0 faiz artıb.
İri buynuzlu mal-qaranın baş sayı 2728.7 min başa, qoyun və keçilərin baş sayı isə 8770.9 min başa çatıb. Bu dövrdə 358.1 min ton diri çəkidə ət, 1385.5 min ton süd, 1043.4 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal olub. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3.8 faiz, süd istehsalı 6.6 faiz, yumurta istehsalı 15.1 faiz, yun istehsalı 2.8 faiz artıb.
Bitkiçilik məhsulları istehsalı ötən ilki səviyyədən 4.3 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4.9 faiz yüksək olub.
Kənd əməkçiləri gələn ilin məhsulu üçün 541.9 min hektar sahənin torpağını şumlamış, 39.2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər.

Azərbaycanda nə qədər mal-qara var? - STATİSTİKA
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28