Bakı-Qəbələ aviareysi açılır
29 avqust 2013 16:00 (UTC +04:00)

Bakı-Qəbələ aviareysi açılır

Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Qəbələ-Bakı marşrutu ilə müntəzəm uçuşlara başlayır.


 

«APA-Economics»in AZAL-a istinadən verdiyi məlumata görə, uçuşlara avqustun 30-dan etibarən başlanacaq: «Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də «Embraer-170» tipli təyyarələrlə həyata keçiriləcək».


Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə təşkil edir.

 

Qeyd edək ki, hazırda Qəbələ aeroportundan Moskvaya uçuşlar həyata keçirilir, sentyabrın 12-dən etibarən isə Sankt-Peterburq şəhərinə birbaşa aviareyslərə başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367

Oxşar yazılar