Bu ilin 9 ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manata çatıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Əhali gəlirlərinin hər nəfərə düşən həcmi orta hesabla 2736,5 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz üstələyərək 6,2 faiz olub.
Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artıb.

Əhalinin gəlirləri 25,4 milyard manata çatıb
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28