“Mobil operatorlar tərəfindən "Mobil Nömrələrin Daşınması Sistemi"nin gecikdirilməsi problemi yaxın zamanlarda həll edilməlidir. Əgər bu məsələ yaxın zamanda həll olunmazsa, məhkəmə məsələsi yenidən gündəmə gələcək”. Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bir müddət öncə nazirlik mobil operatorlara xəbərdarlıq etmişdi ki, bu məsələ həll edilməsə, məhkəməyə müraciət ediləcək: “Bu, bir xəbərdarlıq xarakteri daşıyırdı. Mobil operatorlar bu istiqamətdə addımlarını daha da artırmalı və gücləndirməlidirlər. Bu istiqamətdə də işlər gedir. Müəyyən texniki məsələlər var ki, onların həlli layihənin həyata keçirilməsi prosesini ləngidir. Amma bizim gözləntimiz ondan ibarətdir ki, mobil operatorların mövcud problemi yaxın zamanlarda həll edəcəklər”.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29