Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Lent. az-ın məlumatına görə, oktyabr ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və operativ nəzarətin əhatə funksiyalarına daxil olan digər məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2035 vergi ödəyicisinin qanunvericiliyi pozmasına dair faktlar aşkarlanıb.
Verilən məlumata görə, 1223 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 336 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edildiyi, ticarət, iaşə və digər xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 238 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 133 vergi ödəyicisi tərəfindən 166 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi, 75 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmayıb, 279 ədəd mal olduğu aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülüb.

Vergilər Nazirliyi: 2035 vergi ödəyicisi qanunvericiliyi pozub
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28