İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib. Bu barədə Lent. az-a Nazirlikdən məlumat verilib. Müşavirədə İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Şahin Mustafayev 2013-cü ilin sonunadək Dövlət İnvestisiya Proqramının tam icra olunması, növbəti ildə Dövlət İnvestisiya Proqramının genişləndirilməsi, xarici və daxili investisiyaların artırılması barədə konkret tapşırıqlar verib.
Dövlət başçısının çıxışında sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirilib, Sumqayıt Kimya Sənaye Parkının ən qısa müddətdə fəaliyyətə başlaması, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının hazırlanması, növbəti 5 ildə bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlərin həll edilməsi, 2014-cü ildə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramının davam etdirilməsi, yeni iş yerlərinin açılması, məktəb tikintisinin, içməli su xətlərinin çəkilişinin davam etdirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. İclasda ölkə rəhbəri tərəfindən ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, əsas məhsullar üzrə özünü təminetmənin 100%-ə çatdırılması, iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni dövriyyəyə buraxılan suvarılan torpaqlarda görüləcək işlər barədə konkret təkliflərin hazırlanması və s. barədə mühüm tapşırıqlar verilib.
Nazir müşavirədə prezidentin "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında" sərəncamının Nazirliyə böyük etimad olduğunu vurğulayıb, qarşıya mühüm vəzifələr qoyulduğunu diqqətə çatdırıb, bu vəzifələrin icrası üçün Nazirliyin fəaliyyətinin səmərəli təşkili istiqamətində müvafiq tapşırıqlar verib.

Yeni nazirlik hansı zərurətdən yaradıldı?
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28