Zəngilan aeroportu bu tarixdə  istifadəyə veriləcək
19 iyun 2022 14:21 (UTC +04:00)

Zəngilan aeroportu bu tarixdə istifadəyə veriləcək

“İşğaldan əvvəl Zəngilanda 31330 insan yaşayıb, 9 məktəbəqədər təhsil müəssisəsi, 19 ibtidai məktəb fəaliyyət göstərib”.

APA-nın xəbərinə görə, bunu bu gün Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda paneldə Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

Vahid Hacıyev deyib ki, işğal dövründə Zəngilanın ekosisteminə də böyük zərbə vurulub. Onun sözlərinə görə, rayon günəş enerjisi və ekoturizm üçün böyük potensiala malikdir: "Bu ilin sentyabrında Zəngilan aeroportunun tikintisi də başa çatdırılacaq".

# 3393
avatar

Oxşar yazılar