1 nömrəli “qanuni oğru” “Şakro Molodoy”  bu gün azad olunacaq
28 mart 2024 10:08 (UTC +04:00)

1 nömrəli “qanuni oğru” “Şakro Molodoy” bu gün azad olunacaq

Tanınmış qanun oğru Zaxari Kalaşov (Şakro Molodoy) martın 28-də Krasnodar diyarının Ust-Labinski rayonunun Dvubratski kəndindəki 2 saylı islah koloniyasından azad olunacaq.

Lent.az xəbər verir ki, bu barədə “Kommersant-Kuban”a regionun hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Bundan əvvəl vilayət məhkəmələrinin birgə mətbuat xidməti məlumat vermişdi ki, Ust-Labinski Rayon Məhkəməsi 70 yaşlı məhbusun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib. Müraciət bağlı qapılar arxasında müzakirə edilib.

Moskvanın Nikulinski rayon məhkəməsinin hökmü ilə Zaxari Kalaşov iki hədə-qorxu epizodu (Cinayət Məcəlləsinin 163-cü maddəsi) üzrə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkumun vəkili Tengiz Papaskuanın "Kommersant"a verdiyi açıqlamaya görə, bir neçə il əvvəl onun müvəkkilində ciddi xəstəlik əlamətləri meydana çıxıb.

“Əgər ilkin mərhələdə tibbi tədbirlər görülsəydi, ciddi nəticələrin qarşısını almaq mümkün olardı, lakin indi vəziyyət elə bir mərhələyə çatıb ki, müəssisənin rəhbərliyi özü Kalaşovun azadlığa buraxılması üçün məhkəməyə müraciət edib”, - vəkil deyib.

“Şakro Molodoy”a həm həbsxana həkimləri, həm də xəstəxanalardakı mülki mütəxəssislər diaqnoz qoyublar. Federal Penitensiar Xidmətin həkimləri məhkəmə tibbi ekspertizası keçiriblər, qanuna görə cəza çəkə bilməyən ciddi xəstəliyin olması təsdiqlənib.

“Şakro Molodoy” 2013-cü ildə nüfuzlu qanuni oğru statusu alıb, 2018-ci ildə hədə-qorxu ilə pul tələb etməkdə şərik olmaqda təqsirli bilinib. Zaxari Kalaşovun həbsdə qalmasına 2,5 ildən bir qədər az vaxt qalıb.

# 4977
avatar

Cavidan HUN

Oxşar yazılar