Ata oğlunu və gəlinini  GÜLLƏLƏDİ
05 sentyabr 2026 14:45 (UTC +04:00)

Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ

0

Türkiyədə kişi oğlunu və gəlinini güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Buldan rayonunda baş verib.

Ailə üzvləri arasında yaranan mübahisə böyüdükdən sonra psixi xəstəliyi olan ata 90 yaşlı Süleyman U. tüfəngə əl atıb və oğlu 65 yaşlı İsmayıl ilə gəlini Sultana atəş açıb.

Əraziyə jandarma və təcili tibbi yardım briqadaları göndərilib.

Tüfənglə yaralanan İ.U. və həyat yoldaşı S.U. ambulansla xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, İsmayılı xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar