Atasını öldürüb ürəyini çıxartdı  - Gənc qızın dəhşətli CİNAYƏTİ
04 avqust 2026 11:14 (UTC +04:00)

Atasını öldürüb ürəyini çıxartdı - Gənc qızın dəhşətli CİNAYƏTİ

0

ABŞ-nin İndiana ştatında 32 yaşlı Serena Dolniç atasını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis 58 yaşlı Qreqori Dolniçin zənglərə cavab vermədiyini, qızının isə onu telefona çağırmaq əvəzinə qəribə ifadələr işlətdiyini deyib. Qadının sevgilisi də Serenanın üst-başının qan içində gördüyünü deyib.

Polis əməkdaşları evin pəncərəsindən baxarkən döşəmədə qan içində uzanan kişini görüblər. Qapını sındıraraq içəri daxil olduqda məlum olub ki, mərhumun baş və qollarında çoxsaylı kəsici xəsarətlər var. Bundan əlavə, onun döş qəfəsi yarılmış, ürəyi çıxarılmış və qarnının üzərinə qoyulmuş vəziyyətdə olub.

Serena Dolniç evdəki yataq otaqlarından birində aşkarlanıb. O, qan içində olub və saxlanıldıqdan sonra tibbi müayinə üçün xəstəxanaya aparılıb. Hadisə yerindən üzərində qan izləri olan üç bıçaq da götürülüb.

Dindirmə zamanı Serena Dolniç hadisə günü televizora baxdığını və atası ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

Hazırda qadın həbsdə saxlanılır, hadisə ilə bağlı istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar