Bakıda baldızına görə  arvadını döyüb öldürən  kişiyə cəza istənildi
03 dekabr 2025 17:30 (UTC +04:00)

Bakıda baldızına görə arvadını döyüb öldürən kişiyə cəza istənildi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əmirov Rəşad Böyükağa oğlunun cinayət işi üzrə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Lent.az xəbər verir ki, hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən Rəşad Əmirovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses 8 dekabr saat 12:20-yə təyin olunub.

Xatırladaq ki,hadisə 2025-ci ilin 27 may tarixində Bakının Nizami rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki,Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəlı sürülüb.

Onu da qeyd edək ki, cinayət işinini.istintaqı zamanı Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi olub. Məhkəmə zamanı dövlət ittihamçısı da şahidə buna görə irad tutaraq onun sürdüyü həyat tərzinin bacısının qətlə yetirilməsi, kürəkəninin həbs olunması və onların azyaşlı övladlarının da valideyinsiz qalmasına səbəb olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar