60 qəpikdən domino  oynayanlar 3000 manat cərimələndi
22 sentyabr 2026 17:30 (UTC +04:00)

60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi

0

Goranboyda qumar oynayanlar saxlanılıb.

Lent.az xəbər verir ki, hadisə Goranboy şəhərinin S. Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları pul ilə domino oynayan həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib.

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq, götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar