Bakıda DƏHŞƏT:  arvadını öldürüb intihar etdi  - YENİLƏNİB
21 avqust 2025 16:40 (UTC +04:00)

Bakıda DƏHŞƏT: arvadını öldürüb intihar etdi - YENİLƏNİB

Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 46 yaşlı İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 37 yaşlı Gülnaz Məmmədovaya kəsici-deşici alətlə  xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

 Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***
15:12

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəxanı qəsbəsində qeydə alınıb.

Ucar rayonunun Qazıqumlaq kənd sakini 46 yaşlı İlham Həmid oğlu Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı 37 yaşlı Gülnaz İlham qızı Məmmədovanı bıçaqla qətlə yetirib. Daha sonra özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar