Biabırçı əməliyyat videosu yayılan xəstəxanadan cavab: İŞLƏYƏCƏYİK  -VİDEO
21 avqust 2025 13:05 (UTC +04:00)

Biabırçı əməliyyat videosu yayılan xəstəxanadan cavab: İŞLƏYƏCƏYİK -VİDEO

Sosial şəbəkələrdə rəzalət videoları yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının “Dost Estetik Mərkəzi”ndə çalışdığı, həmçinin müəssisənin tibbi fəaliyyət göstərmək üçün lisenziyası olmadığı bildirildi.

Lent.az-ın əməkdaşı mərkəzlə əlaqə saxlayaraq, hazırda fəaliyyət göstərib, göstərmədikləri barədə məlumat aldı.

Dost Estetik Mərkəzindən bildirildi ki, haqlarında yayılmış şayiələrə görə, onlar hazırda fəaliyyət göstərmirlər. Şayiə sözü diqqətimizi çəkdiyi üçün "Şayiə?” sualını verməli olduq. Bildirildi ki, bəli, haqlarında yayılanların hər biri şayiədir, sübutlar təmin olunduqdan sonra fəaliyyətlərinə davam edəcəklər.

Əməliyyatdan yayılan videonu bir daha təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 882

Oxşar yazılar