Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 13:34 (UTC +04:00)

Gözlənilməz sonluqla bitən 8 detektiv film

Bəzən ən təcrübəli tamaşaçı belə hər şeyin necə bitəcəyini əvvəlcədən görə bilmir. Və bu yalnız həqiqətən gərgin detektivlər və dərin döyüş filmləri ilə rastlaşanda baş verir. Belə filmlərdə süjet bir istiqamətdə aparır, amma sonunda qəfil istiqamətini dəyişir.

Lent.az sizlər üçün belə filmlərdən inanılmaz təəssürat yaradan 8 nümunəni topladı.

“Şüşə”

“Parçalanmış” və “Məhv olmaz” filmlərinin qəhrəmanlarını birləşdirən sürreal triller. Tamaşaçı psixoloji oyunun tələsinə düşür, burada superqüvvələr o qədər də birmənalı deyil, final isə hər şeyi alt-üst edir. Süjetdə gözlənilməz dönüşləri sevənlər üçün ideal seçimdir.

“Nömrə 23”

Baş qəhrəman həyatında çoxlu oxşarlıqları olan bir kitabın ətrafında paranoyal qarışıqlığa düşür. Təfərrüatlar getdikcə artır, gərginlik yüksəlir, final isə sanki soyuq duş effekti yaradır. Bu, yaddaşda iz buraxan gözlənilməz süjetli detektivlərdən biridir.

“Pəncərədə qadın”

Psixoloji gərginlik və dəlilik sərhədində bir film. Qadın evdən çıxmaqdan qorxur və bir qətlin şahidi olur, amma ona heç kim inanmır. Doğrudanmı, o, nəsə görüb? Gözlənilməz sonluğu olan əla bir triller nümunəsidir.

“Yuxusuzluq”

Al Paçino və Robin Uilyamsın iştirakı ilə neo-noir janrında klassik film. Alyaska, heç bitməyən gündüzlər və qətlə yetirilmiş bir qızın işi – bütün bunlar süjeti tamam başqa səviyyəyə qaldırır. Bu film dərin məna, güclü aktyor oyunu və finalda etik dilemma ilə seçilir.

“Dəlisov”

Psixiatrik klinika bir tələyə çevrilir. Baş qəhrəman haranın reallıq, haranın manipulyasiya olduğunu bilmir. Son səhnəyə qədər kimə inanmaq lazım olduğunu anlamırsan. Gözlənilməz sonlu psixoloji triller axtarırsınızsa, bu film sizin üçündür.

“Yadda saxla” (Memento)

Kristofer Nolanın kult filmi, hansı ki, onu demək olar ki, tərsinə izləmək lazımdır. Qəhrəman baş verənləri xatırlamır və biz onunla birlikdə həqiqətin parçalarını birləşdiririk. Qeyri-adi montaj, ayağının altından yeri çəkən final və intiqam mövzusu – hər şey mükəmməldir.

“Quzuların sükutu”

Soyuq, ağıllı və parlaq. Burada Hannibal Lekter sadəcə cinayətkar deyil, həqiqətən də qaranlıq bir şəxsiyyətdir. Bu, ilk dəqiqədən son kadradək gərginlikdə saxlayan bir hekayədir. Detektiv janrının klassikası, nəfəsi kəsən gərginliklə.

“Başqaları”

Nikole Kidmanın qəhrəmanının yaşadığı ev sadəcə qorxulu atmosferdən daha artıq bir sirr gizlədir. Finaldakı süjet dönüşü öz janrında ən təsirli olanlardandır. Bu, gözlənilməz sonlu bir filmdir ki, insan onu bir daha izləmək istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34