Pişiyə xalta  taxıb gəzdirmək olar?  - Mütəxəssislər bilinməyənləri açıqladı
21 avqust 2025 12:50 (UTC +04:00)

Pişiyə xalta taxıb gəzdirmək olar? - Mütəxəssislər bilinməyənləri açıqladı

Son zamanlar getdikcə daha çox insan pişiklərini itlər kimi xaltada gəzdirməyə çalışır. Bəziləri bunu birlikdə vaxt keçirmək və sevimli ev heyvanına yeni mühiti öyrənmək imkanı vermək üçün gözəl fürsət hesab edir. Ancaq heyvan davranışı üzrə mütəxəssislərin başqa mövqeyi var və onlar bütün riskləri diqqətlə nəzərə almağı tövsiyə edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, əksər pişiklər azadlıqlarının məhdudlaşdırılmasını sevmirlər:

Pişiklər təbiətcə müstəqil və maraqlı varlıqlardır. Onları qucaqda saxlamaq və ya xalta taxmaq onlarda güclü stress, hətta panika yarada bilər. Onlar ərazini öz şərtlərinə uyğun, vəziyyətə nəzarət hissi ilə kəşf etməyə öyrəşiblər. Xalta isə bu azadlığı onların əlindən alır.

Niyə pişiklərin küçəyə çıxarılması təhlükəli ola bilər

Stress və panika. Naməlum mühit, gur səslər və ya başqa heyvanların varlığı pişiyi qorxuda bilər.

Evinə bağlılıq. Çox pişiklər üçün ən rahat məkan öz ərazisidir. Xalta ilə məhdudlaşdırılmaq onların təbiətinə ziddir.

Qaçış riski. Əgər pişik xaltadan qoparsa, onu geri qaytarmaq çox çətin olar. Bu isə nəqliyyat vasitələri və digər təhlükələr səbəbindən həyati risk yaradır.

İstisnalar mümkündürmü?

Ümumiyyətlə, pişiklərin küçəyə çıxarılması tövsiyə edilmir, lakin bəzi ev heyvanları asta-asta xaltaya öyrəşə bilirlər. Ən yaxşısı bu prosesə erkən yaşda başlamaqdır, çünki balaca pişiklər yeni təcrübələrə daha tez uyğunlaşırlar.

Əgər yenə də sınaqdan keçirmək istəyirsinizsə, bunu tədricən edin, möhkəm və rahat şleyka seçin və hər zaman heyvanın təhlükəsizliyini əsas götürün.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274

Oxşar yazılar