Bakıda taksi sürücüsü yol puluna görə  qazini döydü
15 noyabr 2025 13:10 (UTC +04:00)

Bakıda taksi sürücüsü yol puluna görə qazini döydü

0

Bakıda taksi sürücüsü yol puluna görə sərnişini döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində, “Tam store” mağazasının qarşısında baş verib.

İttiham aktına görə, təqsirləndirilən şəxs 40 yaşlı Fuad Dadaşov (ad və soyad şərtidir) özünə məxsus avtomobillə Sumqayıtdan Keşləyə sərnişin gətirib. Yol pulu 9 manat 67 qəpik olduğu üçün sərnişin sürücüyə 20 manat verib ki, qalığı qaytarsın. Sürücü isə gedişhaqqının 13 manatdan çox olduğunu və 6 manat qaytaracağını deyib. Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı sürücü sərnişini yumruq və təpik zərbələri ilə döyərək xəsarət yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi açılıb.

Zərərçəkənin sözlərinə görə, “Bolt” tətbiqi ilə Sumqayıtdan Keşlə qəsəbəsinə taksi sifariş edib:

“Bu zaman yol pulu 67 qəpik göstərib. Məndən başqa, həyat yoldaşım, 6 aylıq övladım və bacım da vardı. Yola başlayandan sonra sürücü dedi ki, Balaxanıda bir nəfərə əşya çatdırmalıdır, buna görə də həmin yolla gedəcək. Razılaşdıq. Ünvana çatanda 20 manat verdim ki, 10 manat qalığı qaytarsın. Dedi ki, yol pulu 9 manat 67 qəpik yox, 13 manat 66 qəpikdir. Telefonumda baxdım ki, doğrudan da gediş haqqı 13 manat 66 qəpik yazıb. Etiraz etdim ki, bunun səbəbi sürücünün əşyanı verməsi üçün Balaxanı yolu ilə getməsi olub. Yolu dəyişməsəydi yol pulu 9 manat idi. Sürücü dedi ki, avtomobili komfortlu olduğu üçün müştərilər həmişə artıq pul verirlər. Dedim ki, qaziyəm, mənim üçün 1 manat da önəmlidir. Dövlətin verdiyi müavinətlə dolanıram. Bu zaman aramızda mübahisə yarandı. Məni vuraraq, xəsarətlər yetirdi”.

Nizami rayon Məhkəməsinin qərarı ilə Fuad Dadaşov barəsində 9 aylıq azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar