Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə SATDILAR
24 may 2022 16:10 (UTC +04:00)

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə SATDILAR

37 yaşlı Elnarə Vladimir qızı Məmmədova Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, insan alverində təqsirli bilinir.

E. Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan alveri  qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunub.

Məhkəmənin hökmü ilə Elnarə Məmmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Əldə etdiyimiz məlumata görə, E. Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan kişilərlə cinsi münasibət qurmağa vadar edib.

Zərərçəkmiş 4 qızın hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində "Sovxoz" adlanan ərazidə yaşayıblar. Onlar 1983-cü il təvəllüdlü S. Q, 1997-ci il təvəllüdlü J. Ə, 1999-cu il təvəllüdlü M. Ə və 1984-cü il təvəllüdlü G. M-dır. Bunlardan yalnız G. M 2017-ci ildə Aydın şəhərinə aparılıb. 

Hazırda E. Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Məhəmməd Əkbərovun icraatına verilib.

# 7743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar