Bayram Məmmədovun qardaşı həbsdə öldü:  anasını öldürmüşdü - YENİLƏNİB
24 avqust 2026 10:20 (UTC +04:00)

Bayram Məmmədovun qardaşı həbsdə öldü: anasını öldürmüşdü - YENİLƏNİB

2

Avqustun 1-də anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilən Elvin Məmmədov vəfat edib.

Lent.az "Nocomment.az"a istinadən xəbər verir ki, o, gecə saatlarında təcridxanadan Sabunçu Tibb Mərkəzinə gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

O, bu ayın əvvəli anasını qətlə yetirməkdə şübhəli bilinərək həbs edilmişdi. 

***

1 avqust, saat 11:03

Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.

Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 34 yaşlı Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətl “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun ailəsində baş verib. Belə ki, qətlə yetirilən Sevinc Məmmədova Bayram Məmmədovun anası, Elvin isə qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2554

Oxşar yazılar