Bloqer canlı yayımda  öldürüldü
05 avqust 2026 17:29 (UTC +04:00)

Bloqer canlı yayımda öldürüldü

0

Meksikanın Kulyakan şəhərində tanınmış bloqer Sezar Qastelum silahlı hücum nəticəsində öldürülüb. Hadisə onun TikTok platformasında canlı yayım apardığı vaxt baş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə 600 minə yaxın izləyicisi olan Qastelum dostları ilə birlikdə fastfud restoranının yaxınlığında olarkən motosikletlə gələn, dəbilqə taxmış iki nəfər onlara yaxınlaşıb. Canlı yayım zamanı hücum edənlərdən biri bloqerə atəş açıb və o, aldığı güllə yaralarından hadisə yerində ölüb.

Sinaloa ştatının rəhbərliyi Sezar Qastelumun ölümünü təsdiqləyib və faktla bağlı cinayət işi açıldığını bildirib. Hadisənin baş verdiyi ərazidə genişmiqyaslı polis əməliyyatı keçirilib.

Yerli KİV-lərin məlumatına görə, qətl Sinaloa ştatının paytaxtı Kulyakanda cinayətkar qruplaşmalar arasında bölgəyə nəzarət uğrunda davam edən qarşıdurmalar fonunda baş verib. Bu səbəbdən son dövrlər şəhərdə zorakılıq halları əhəmiyyətli dərəcədə artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar