Bu seriala  baxıb arvadını öldürdü  - 53 yaşlı Kamal belə TUTULDU
04 avqust 2026 10:14 (UTC +04:00)

Bu seriala baxıb arvadını öldürdü - 53 yaşlı Kamal belə TUTULDU

0

Hindistanın Dehli şəhərində 53 yaşlı mühəndis Kamal Sinqh həyat yoldaşını qətlə yetirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 50 yaşlı Komal Sinqhin meyiti iyulun 30-u axşam saatlarında oğlu tərəfindən Qaqan-Vihar rayonundakı evlərinin qonaq otağında aşkarlanıb. Polis qan ləkələri olan qayçını götürərək ekspertizaya göndərib.

Araşdırma zamanı müəyyən olunub ki, hadisə günü səhər ailənin övladları evdən çıxandan sonra mənzildə yalnız Kamal və Komal Sinqh qalıblar. Müşahidə kameraları daha sonra kişinin çantasına gizlətdiyi əşya ilə evi tərk etdiyini qeydə alıb.

İstintaqın məlumatına görə, qətldən sonra Kamal Sinqh bank hesablarından təxminən 700 min rupi çıxarıb və Dehlini tərk edib. O, əvvəlcə Qoraxpur istiqamətinə yollanaraq Nepal sərhədini keçməyi planlaşdırsa da, sonradan marşrutunu dəyişərək Matxura şəhərinə gedib və bununla istintaqı çaşdırmağa çalışıb.

Onun saxlanılması üçün 10 əməliyyat qrupu yaradılıb. Şübhəli Matxura dəmiryolu stansiyası yaxınlığında tutulub. Üzərindən 1,275 milyon rupi nağd pul, həmçinin cinayətdən sonra istifadə etdiyi ehtimal olunan skuter aşkar edilib.

Dindirmə zamanı Kamal Sinqh ailə əmlakı ilə bağlı mübahisələrə görə qətli əvvəlcədən planlaşdırdığını etiraf edib. Polis bildirib ki, o, cinayətdən əvvəl "The Staircase" ("Pilləkən") serialına baxıb və oradakı personajlar kimi izləri yox etməyi planlaşdırıb.

Lakin şübhəli qətldə istifadə olunduğu ehtimal edilən qayçını gizlədə bilməyib. Hüquq-mühafizə orqanları onun hərəkət marşrutunu müşahidə kameraları, telefon məlumatları və digər texniki vasitələr sayəsində müəyyən ediblər.

Hazırda istintaq davam edir, əlavə sübutlar toplanılır və məhkəmə ekspertizalarının nəticələri gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar