Dünən yol qəzalarında 2 nəfər ölüb - KRİMİNAL XRONİKA
24 may 2022 11:53 (UTC +04:00)

Dünən yol qəzalarında 2 nəfər ölüb - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları mayın 23-də gün ərzində törədilən 48 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 68 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

# 2070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar