Gəncədə DƏHŞƏTLİ QƏTL:  4 nəfər bıçaqlandı, biri öldü - YENİLƏNİB
06 avqust 2026 05:38 (UTC +04:00)

Gəncədə DƏHŞƏTLİ QƏTL: 4 nəfər bıçaqlandı, biri öldü - YENİLƏNİB

0

Gəncədə 43 yaşlı kişini bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalara əsasən, hadisə tərəflər arasında söyüş üstündə yaranmış mübahisə zamanı baş verib.

Hadisə zamanı daha üç nəfər yüngül bıçaq xəsarətləri alıb. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

***
03:55

Gəncədə bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi müəyyənləşib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində həyatını itirən şəxs 1983-cü il təvəllüdlü A. Yusifovdur.


***
03:36

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb.

Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı polis və prokurorluq əməkdaşları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 948

Oxşar yazılar