Həmkəndlisini öldürən kişi  HAKİM QARŞISINDA
16 mart 2021 10:32 (UTC +04:00)

Həmkəndlisini öldürən kişi HAKİM QARŞISINDA

İmişlidə həmkəndlisini öldürməkdə təqsirli bilinən Abbas Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xamməd Nuriyevin icraatına verilib.

Hadisə 2020-ci il avqustun 17-də İmişli rayonunun Buludlu kəndində qeydə alınıb. Kənd sakini, 41 yaşlı Əliyev Malik Fəramiz oğlu həmkəndlisi, 35 yaşlı Məmmədov Abbas Elbrus oğlu tərəfindən bıçaqla qətlə yetirilib.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1194
avatar

Mehman Nəbiyev

Oxşar yazılar