Lənkəranskinin adamı Türkiyədə TUTULDU
23 sentyabr 2026 19:20 (UTC +04:00)

Lənkəranskinin adamı Türkiyədə TUTULDU

0

Rusiyanın axtarışa verdiyi azərbaycanlı Türkiyədə saxlanılıb.

Lent.az xəbər verir ki, Muğla Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbələrinin əməkdaşları axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib.

Əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarından biridir. Onun barəsində Türkiyədə tətbiq olunan G-26 məhdudiyyət (Türkiyəyə girişə qadağa və ya ölkədən deportasiya olunmalı şəxs) kodu olduğu da bildirilir.

Hazırda onun ətrafında araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar