Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ
01 sentyabr 2026 13:04 (UTC +04:00)

Məşhur müğənni idman zalından çıxanda GÜLLƏLƏNDİ

0

Hindistanın Uttar-Pradeş ştatında silahlılar məşhur müğənni Ankit Baliyanı güllələyiblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə avqustun 26-da axşam saatlarında Şamli şəhərindəki idman zalının yaxınlığında baş verib. Müğənni aldığı yaralardan həyatını itirib.

İki motosikletdə olan dörd nəfər silahlardan atəş açaraq, hadisə yerindən qaçıblar. Avqustun 31-də polis şübhəlilərdən ikisinin yerini müəyyən edib. Onlar müqavimət göstərdikləri üçün zərərsizləşdiriliblər.

Hadisə zamanı iki polis əməkdaşı yaralanıb.

Polisin məlumatına görə, cinayətdən əvvəl iki nəfər Baliyanı izləyib. Hazırda onların axtarışı davam etdirilir.

Müğənni haryanvi dilində ifaları ilə məşhur idi və sosial şəbəkələrdə təxminən 800 min izləyicisi vardı. Onun YouTube kanalı 181 milyondan çox baxış toplamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar