Ermənistanda  saxlanılan   Azərbaycan əsgəri  nə deyib?
13 oktyabr 2026 12:29 (UTC +04:00)

Ermənistanda saxlanılan Azərbaycan əsgəri nə deyib?

0

Ermənistan sərhədini qanunsuz olaraq keçərək bir erməni ailəsinin evinə girib, sonra bir qadını yaralamaqda tqəsirli bilinən Azərbaycan ordusunun hərbçisi Nəsimi Musayevin açıqlamasının nın təfərrüatları yayılıb.

Lent.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, Musayev hüquq-mühafizə orqanlarına erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını iddia edib.

O, dəfələrlə "Mənə getməyə imkan verin" deyə xahiş etdiyini bildirib. Lakin evdəki qadın onun silahının lüləsindən yapışanda o, atəş açıb. Bundan əlavə, Azərbaycan əsgəri yazılı şəkildə bildirib ki, bundan sonra qadın və ailə üzvləri ona hücum edib, bıçaqlayıb və döyüblər. 

Musayevin təqdim etdiyi başqa bir epizod da diqqətəlayiqdir. Onun sözlərinə görə, o, artıq qan içində evdən qaçmağı bacarıb və daha sonra hüquq-mühafizə orqanları tərəfindən tarlada saxlanılıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar