Müəllimini güllələyən şagird qəfəsdən çıxarıldı
01 iyul 2026 12:59 (UTC +04:00)

Müəllimini güllələyən şagird qəfəsdən çıxarıldı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagird Ə.Ş-nin cinayət işi üzrə məhkəmə baxış prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən Ə.Ş-nin vəkilinin Ə.Ş-nin vəkili ilə birlikdə əyləşməsi barədə vəsatəti təmin edib. Müdafiə vəkilləri məhkəmənin qapalı keçirilməsi ilə bağlı yenidən vəsatət qaldırsalar da, məhkəmə tərkibi bu vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ə.Ş ona qarşı elan olunmuş ittihamda özünü qismən - müəllimə xəsarət yetirməsinə görə özünü təqsirli bildiyini bildirib.

Məhkəmə tərkibi vaxt məhdudiyyəti səbəbindən təqsirləndirilən şəxsin ifadə verməsi üçün növbəti prosesi 24 iyul saat 10:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar