Venesuelada zəlzələdən sonra 6 mindən çox  insan xilas edildi
01 iyul 2026 05:27 (UTC +04:00)

Venesuelada zəlzələdən sonra 6 mindən çox insan xilas edildi

0

İyunun 24-də Venesuelada baş vermiş dağıdıcı zəlzələdən sonra 6 mindən çox insan xilas olunub, on minlərlə ailəyə yardım göstərilib.

Lent.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges "Venezolana de Television" telekanalının efirində məlumat verib.

"6 461 nəfər xilas edilib, 80 870 ailəyə yardım göstərilib", - deyə o bildirib.

Rodriges qeyd edib ki, 28 380 zərərçəkən xəstəxanalarda və səhra düşərgələrində tibbi yardım alır. Onun sözlərinə görə, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 26 mindən çox hərbçi, 15 467 könüllü və xarici ölkələrdən gəlmiş 3 660 xilasedici cəlb olunub.

Son rəsmi məlumata əsasən, 7,2 və 7,5 maqnitudalı iki zəlzələ nəticəsində ölkədə 1 943 nəfər həlak olub, 10 571 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar