Pakistanın Lahor şəhərində yerləşən özəl tədris mərkəzinin damının uçması nəticəsində azı 14 uşaq həlak olub.
Lent.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altından 20-dən çox şəxs çıxarılıb.
Səkkiz uşaq və bir müəllim müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb. Polis bina sahibi də daxil olmaqla iki nəfəri saxlayıb.