Gündə ikisini  yeyin - Təbii bağırsaq  təmizləyicisidir
01 iyul 2026 10:31 (UTC +04:00)

Gündə ikisini yeyin - Təbii bağırsaq təmizləyicisidir

0

Yay mövsümünün sevilən meyvələrindən olan ərik təkcə şirin dadı ilə deyil, həm də zəngin qida tərkibi ilə seçilir. Mütəxəssislər bildirirlər ki, aşağı kalorili və asan həzm olunan bu meyvə sağlam qidalanmanın vacib hissəsinə çevrilə bilər.

Ərikin tərkibində beta-karotin, C vitamini, B qrupu vitaminləri, həmçinin kalium və dəmir kimi vacib minerallar var. Bu maddələr orqanizmin normal fəaliyyətini dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir.

Bağırsaqların fəaliyyətini yaxşılaşdırır

Lent.az xəbər verir ki, ərikin əsas üstünlüklərindən biri onun yüksək lif (sellüloza) tərkibidir.

Lif bağırsaqların normal fəaliyyətini dəstəkləyir, həzmi yaxşılaşdırır və qəbizliyin qarşısının alınmasına kömək edir.

Mütəxəssislərin sözlərinə görə, ərikdə olan həll olunan lif bağırsaq mikroflorasını qidalandırır, faydalı bakteriyaların inkişafını dəstəkləyir və bağırsaqların hərəkətliliyini artırır.

Ərikin müntəzəm istehlakı kifayət qədər su qəbul edilməsi və bitki mənşəli qidalarla zəngin rasionla birlikdə qəbizlik riskini azaltmağa kömək edə bilər.

Bununla yanaşı, həddindən artıq meyvə yeməyin bəzi insanlarda köp və digər həzm narahatlıqlarına səbəb ola biləcəyi qeyd olunur. Əksər insanlar üçün gündə 2-3 ədəd təzə ərik kifayət hesab edilir.

Dərinin sağlamlığını dəstəkləyir

Ərik beta-karotinlə zəngindir. Orqanizm bu maddəni A vitamininə çevirir. A vitamini dərinin və selikli qişaların sağlamlığının qorunmasında mühüm rol oynayır. Meyvənin tərkibində olan C və E vitaminləri isə güclü antioksidantlardır. Onlar hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, antioksidantlarla zəngin qidaların müntəzəm qəbulu dərinin bərpasını dəstəkləyir, dəri tonunun daha bərabər görünməsinə kömək edir və günəş şüalarının mənfi təsirinə qarşı əlavə qoruyucu rol oynaya bilər. Lakin onlar vurğulayırlar ki, düzgün qidalanma günəşdən qoruyucu vasitələrin istifadəsini əvəz etmir.

Təzəsi daha faydalıdır, yoxsa qurudulmuşu?

Mütəxəssislər gündəlik istifadə üçün təzə əriklərə üstünlük verməyi tövsiyə edirlər. Onlar daha çox su ehtiva edir, kalorisi və şəkəri qurudulmuş əriklə müqayisədə daha azdır. Qurudulmuş ərik isə kalium və dəmir baxımından daha zəngindir. Buna görə də onu yulaf sıyığına, yoqurda və ya ev şəraitində hazırlanan enerji batonlarına əlavə etmək faydalı ola bilər.

Qurudulmuş ərik alarkən isə tərkibində kükürd dioksidi (E220) olmayan məhsullara üstünlük verilməsi tövsiyə olunur. Belə əriklər adətən daha tünd rəngdə olur və daha az emal edildiyi üçün daha təbii hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 540

Oxşar yazılar