Türkiyədə ana 5 yaşlı oğlunu dənizə ataraq öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Mudanya qəsəbəsində baş verib.
Psixoloji problemləri olan 30 yaşlı Sevda Güçlü 5 yaşlı oğlu Məhəmməd Boran Güçlü ilə dəniz sahilinə gedib. Qadın oğlu ilə birgə dənizə girib və uşağı suya atıb. Qatil ana özü xilas olsa da, uşaq boğularaq ölüb.
Qadını izləyən qardaşı Ömər Y. bacısının dəniz sahilində islanmış paltarda oturduğunu görüb. Saxlanılan Sevda Güçlü ifadəsində oğlunun ölmək istədiyini və uşağı dənizə itələyib öldürdüyünü etiraf edib.
Məlum olub ki, qadın əri ilə boşanma ərəfəsindədir. Onun Ankarada yaşayan əri də ifadə verməsi üçün polisə çağırılıb.
Qatil ana məhkəmə qərarı ilə həbs olunub.

