Qoca Səmədov
16 yanvar 2026 17:07 (UTC +04:00)

Qoca Səmədov

Qoca Səmədovun oğlu onu it üstündə güllələyib - YENİLƏNİB

3

Bu gün Yevlaxın İsmayılabad kəndində baş vermiş silahlı insidentin təfərrüatları məlum olub.

Lent.az "Musavat.com"a istinadən xəbər verir ki, rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov tanışı Qoşqar Novruzovu “Vinçester” markalı silahdan atəş açaraq yaralayıb.

Belə ki, 39 yaşlı Zaur Səmədov İsmayılabad kəndi ərazisinə it döyüşdürməyə gəlib. Döyüş Zaur Səmədovun itinin uduzması ilə nəticələnib. Bundan qəzəblənən Zaur Səmədov digər itin 46 yaşlı sahibinə odlu silahdan atəş açmaqla əsəbini sakitləşdirməyə çalışıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Zaur Səmədov polis tərəfindən saxlanılıb.

***

saat 15:20

Yanvarın 16-da Yevlaxda silahlı insident baş verib. 

Lent.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.

Z.Səmədov saxlanılıb. 

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğludur.

Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. 2023-cü ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. 2023-cü ilin dekabrında isə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 1208

Oxşar yazılar