Səhər yeməyində anasının başını kəsən oğuldan YENİ XƏBƏR
02 iyun 2022 09:18 (UTC +04:00)

Səhər yeməyində anasının başını kəsən oğuldan YENİ XƏBƏR

Bakıda qətl törətməkdə təqsirli bilinən Samir Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonunda baş verib. 

32 yaşlı Samir Cəfərov səhər valideyni ilə yemək yeyərkən 62 yaşlı anası Bəsti Cəfərovanın başını kəsib.

Oğlanın hansı səbəbdən qətl törətdiyi hələlik məlum deyil.

Samir Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

# 3591
avatar

Mehman Nəbiyev

Oxşar yazılar